Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Zaur Manafovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Oxu.Az xəbər verir ki, ötən il avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsində, orada yaşayan Sərxan Mahmudov və Zaur Manafov şəxsi münasibətlərin aydınlaşdırılması zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər. Nəticədə hər ikisi Kliniki Tibbi Mərkəzə çatdırılıblar, lakin həkimlərin müdaxiləsinə baxmayaraq S.Mahmudov vəfat edib.
Daxil olan məlumat əsasında hadisə yeri 4-cü polis bölməsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müayinə olunub, müvafiq maddi sübutlar götürülüb. Zaur Manafov saxlanılaraq istintaq təcridxanasına köçürülüb.
Hazırlıq iclasında məhkəmənin tərkibi elan edilib və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış yanvarın 27-nə təyin edilib.
C.H.
www.oxu.az