Qobustandakı qətllə bağlı cinayət işi açılıb.
Qobustan Rayon Prokurorluğundan Oxu.Az-a verilən xəbərə görə, martın 2-də rayon ərazisində 1982-ci il təvəllüdlü Günel Sadıqovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1973-cü il təvəllüdlü Mürsəl Cabbarovun arvadı Günel Sadıqovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Saxlanılan Mürsəl Cabbarova polis müşayiəti altında xəstəxanada tibbi yardım göstərilir.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qobustandakı qətllə bağlı cinayət işi açılıb.Qobustan Rayon Prokurorluğundan Oxu.Az-a verilən xəbərə görə, martın 2-də rayon ərazisində 1982-ci il təvəllüdlü Gü...
12:23
Qobustanda kişi arvadını öldürüb, sonra özünə xəsarət yetirib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, martın 2-də saat 11:30-da Qobustan rayonunda 1982-ci il təvəllüdlü Günel Tahir qızı Sadıqovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü G.Sadıqovanın həyat yoldaşı Mürsəl Əlislam oğlu Cabbarov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər