Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qonşusunu öldürən şəxsə hökm oxundu
Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Rövşən Rüstəmlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Rövşən Rüstəmli 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2023-cü il dekabrın 7-də saat bir radələrində Ağdaş rayonu ərazisində 1968-ci il təvəllüdlü Araz Hacıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1973-cü il təvəllüdlü Rövşən Rüstəmlinin aralarında yaranmış mübahisə zamanı qonşusu Araz Hacıyevə küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Rövşən Rüstəmli iş üzrə şübhəli şəxs qismində tutulub.
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- Qubadlıda üç hərbçini qətlə yetirdiyinə görə ömürlük həbs olunan çavuşla bağlı qərar verilib
- Sumqayıtda tanışını döyərək qətlə yetirən şəxsə hökm oxunub
- Bacısını müğənni olduğu üçün qətlə yetirən şəxsə hökm oxundu
- Görüşdüyü 50 yaşlı qadını öldürən məktəbliyə 10 il cəza verildi
- Arayik Arutyunyan: "İlham Əliyevə məktub yazırdım, Paşinyan imkan vermədi"