Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rəşad Dağlı qətl törətdiyi yerdə DİNDİRİLİB - İSTİNTAQ GÖRÜNTÜLƏRİ
Tanınmış meyxanaçı Rəşad Dağlının istintaq dövründə qətl törətdiyi yerə aparılıb ifadə verdiyi görüntüləri yayılıb.
“Qafqazinfo”nun olaraq əldə etdiyi videoda o, Lökbatan dairəsi yaxınlığındakı ərazidə qonşusu İsgəndər Mehdiyevi necə öldürdüyünü əyani şəkildə göstərib. Məlum olduğu kimi, həmin görüntülər bir il əvvələ aiddir. Meyxanaçı, eyni zamanda təqsirləndirilən şəxs statusunda prokurorluqda müstəntiqə ifadə verib.
Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sözügedən videonu təqdim edirik:
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Azərbaycanda sabiq deputat barədə qərar VERİLDİ
- Narkoloji mərkəzin təqsirləndirilən məsul şəxslərinə pullar nə məqsədlə verilib?
- Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: "Martin öz etdiyi əməlləri ört-basdır edir"
- Dövlətə xəyanət etməkdə təqsirləndirilən Bəhruz Səmədova HÖKM OXUNDU
- Elariz Məmmədoğlunun qızı həyat yoldaşının məhkəməsinə çağırıldı