Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sabirabadda kimsəsiz şəxs özünü yandırmaq istədi: CƏRİMƏLƏNDİ
Sabirabad rayonunda kimsəsi olmadığı üçün özünü yandırmaq istəyən şəxs cərimələnib.
"Qaynarinfo"nun məlumatına görə, hadisəyə görə 1971-ci ildə Saatlı rayonunun Afanyeri kəndində anadan olmuş II qrup əlil O.C. saxlanılaraq barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Özünə xəsarət yetirmək istəyən şəxs məhkəmədə kimsəsiz olduğunu və bu halın onu bezdirdiyini, ağrıları çox olduğu üçün hadisəni törətmək istədiyini bildirib:
"Kimsəm olmadığına görə bir şüşə benzini götürüb, özümü yandırıb, öldürmək istədim. Fikirləşdim ki, öləndən sonra heç olmasa polislər mənim dəfnimi təşkil edərlər. Əməlimdən peşmanam. İlk dəfədir ki, inzibati xəta törədirəm".
Məhkəmənin qərarı ilə O.C. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və barəsində 50 manat miqdarında cərimə tətbiq edilib.
"Sabirabad" teqi üzrə xəbərlər
- "İlğım" əmtəə nişanlı saxta "Himalay duzu" satışdan geri çağırılıb
- Ərəblər Biləsuvarda "Qırmızı Kitab"a düşən quşları ovlayırlar? - Araşdırmalara BAŞLANILDI
- Sabirabadda avtomobil su kanalına aşdı: Xəsarət alanlar var
- Sabirabadda minik avtomobili maneəyə çırpıldı: Ölən və yaralanan var
- Azərbaycanda kişi özünü qeyri-adi üsulla öldürdü