Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri zamanı rayonun Qaraçala qəsəbəsinin sakini, 27 yaşlı Qabil Abdullayev şübhəli şəxs qismində saxlanılıb.
Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, onun yaşadığı həyətyanı sahəyə baxış keçirilən zaman yaş halda ümumi çəkisi 18,10 kiloqram miqdarında 18 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.
İlkin dindirilmə zamanı Qabil Abdullayev borclarını ödəmək üçün belə bir cinayətə əl atdığını etiraf edib:
"Borclarım var idi, ona görə əkmişəm, yoxsa əkməzdim".
Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi başlayıb, istintaq aparılır.
E.Ə.
www.oxu.az