Bakıda qətl törədilib.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, dünən Salyan yolu 40 ünvanında yerləşən “Məkan” kafesində Şamaxı rayon sakini, 1992-ci ildə anadan olmuş Qurbanov Ceyhun Rüstəm oğlu ilə 1984-cü il təvəllüdlü Paşayev Xəyyam Təyyar oğlu arasında dava düşüb. Bıçaqlanan 25 yaşlı Ceyhun Qurbanov təcili yardım stansiyasında ölüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs tutulub.
İlkin araşdırma zamanı məlum olub ki, cinayət saat 05:30 radələrində törədilib. Həmin vaxt kafedə olan şəxslər arasında mübahisə yaranıb. Mübahisədən sonra Xəyyam Paşayev kafeni tərk edib və daha sonra bıçaqla qayıdaraq 25 yaşlı Ceyhun Qurbanova bir zərbə endirib. Ürəyindən ağır xəsarət alan Ceyhun təcili tibbi yardım stansiyasında vəfat edib.
Bildirilir ki, Ceyhun Qurbanovun digər qardaşı keçən il yol qəzasında vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
E.Ə.
www.oxu.az