Noyabr 22-də saat 03 radələrində Samux rayonu sakini Azadə Məmmədovanın evinə pəncərədən iki naməlum şəxs girmişdi.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, həmin şəxslər A.Məmmədovanın anası Bəyazın ağzını yapışqanlı lentlə bağlayaraq oradan 500 manat götürüb hadisə yerini tərk etmişdir.
Baş Cinayət-Axtarış İdarəsi, Samux RPŞ, Xəzər RPİ və Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətmiş Gədəbəy rayon sakini Buta Abdullayev, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Orxan Əlizadə, Anar Rəhimov və Mehman Qarayev tutulmuşlar.
www.oxu.az