Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.
Oxu.Az-ın məlumatına görə, rayon ərazisində mübahisə edən iki nəfər bıçaq xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov hadisə ilə bağlı Oxu.Az-a açıqlama verib.
O bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Könüllü kənd sakinləri Pərviz İsayev və Azər Əliyevin bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub:
“Dərhal polis əməkdaşları təxirə salınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib. P.İsayev Gəncədəki, A.Əliyev isə Şəmkirdəki xəstəxanalardan birinə yerləşdiriliblər. Araşdırmalar zamanı məlum olub ki, P. İsayev həmkəndlisi Azər Əliyev ilə mübahisə edən zaman, sonuncunun qardaşı Bəxtiyar Əliyev özünəməxsus bıçaq ilə ona bir neçə bıçaq zərbəsi vurub, P.İsayev isə A.Əliyevin qarın və bel nahiyəsinə çoxsaylı bıçaq zərbələri vurub.
Hazırda araşdırmalar davam etdirilir”.
İlhamə Əbülfət
Rəylər