Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşı Qurbanəliyev Fariz Almaz oğlunun idarə etdiyi “Mercedes-Benz 300D” markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.Yoxlama zamanı vətəndaşa məxsus avtomobilin salonundakı gizli saxlanc yerlərindən ümumilikdə 10 010 kapsula dərman preparatları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək götürülüb.
Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bununla yanaşı, Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Türkiyədən Azərbaycana gələn Türkiyə vətəndaşı Şeref Gürsoy Kazım oğlunun idarə etdiyi “MAN” markalı, yük avtomobilindən invoys sənədində göstərilməyən və gömrük orqanına bəyan olunmayan 140 ədəd “BEKO”, 28 ədəd “Blomberg” markalı, ümumilikdə 168 ədəd qabyuyan maşınlar aşkar olunub.