11 yaşından ailəsi ilə birlikdə Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ən yüksək büdcəli türk filmi olan “Son məktub”da rol alıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çanaqqala müharibəsindən bəhs edən filmin ilk kadrları mətbuatda yayılıb. 20 milyon lirə ilə ən yüksək büdcəli türk filmi olan “Son məktub” martda nümayiş olunacaq. Filmin baş rollarını Tansel Öngel, Nəsrin Cavadzadə, Hüseyn Avni Danyal və Bülent Şakrak canlandırır.