Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“Şərurlu İsfəndiyar”-ın qardaşı oğlu məhkəmə qarşısında
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Oxu.Az xəbər verir ki, "Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Eldəniz Axundov ifadə verib.
E.Axundov ifadəsində ona dəyən ziyanın ödənilməsini istəyib:
“Araz xaricdən Azərbaycana mallar gətirirdi. Arazla iş qurmaq üçün ona 2 milyon 700 min dollar nəğd pul vermişəm. Məhkəmədən bu məbləğin mənə ödənilməsinin təmin edilməsini istəyirəm".
Daha sonra hakim A.Məcidov Şərur Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rəfail Rəsulovun oğlu Orxan Rəsulovdan ötən məhkəmə iclasında Araza verdiyi 370 min dollar pulun sənədlərini gətirib-gətirmədiyini soruşub. O.Rəsulov isə sənədləri gətirmədiyini deyib.
Məhkəmənin növbəti iclası oktyabrın 7-nə təyin edilib.
E.Axundov “Şərur-İnşaat” şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğludur.
Qeyd edək ki, hadisə 2012-ci ildə baş verib. Məsələ ilə bağlı bir il ibtidai istintaq aparılıb. İş bir dəfə məhkəmədən geri göndərilib.
A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.
E.Ə.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Deputat: "Şərq və Qərb arasındakı ticari münasibətlərin inkişafı Azərbaycanın rolunu gücləndirəcək"
- Papa Fransiskin ölümü ilə əlaqədar Azərbaycanda xatirə kitabı açılıb
- Papa Fransiskin ölümü ilə əlaqədar Azərbaycanda xatirə kitabları açılacaq
- Bakıda toyda 51 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma başlayıb
- Son bir həftədə təbiətə 81 780 manat ziyan dəyib