Peterburqun qubernatoru Georgi Poltavçenko 30 sentyabr 2 oktyabr tarixlərində rəsmi heyət ilə Azərbaycan respublikasına rəsmi səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Smolni mətbuat xidməti çərşənbə günü bildirib.
Heyətin tərkibinə Peterburqun vitse-qubernatorları İqor Divinski, Oleq Markov və Sergey Movçan, şəhərin icra hakimiyyəti orqanlarının rəhbərləri, işgüzar dairələrin, səhiyyə, təhsil, elm və ictimai təşkilatların nümayəndələri daxildir.
Səfərin proqramında G.Poltavçenko Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşəcək. Qubernator həmçinin respublikanın baş nazirinin müavini Yaqub Eyyubovla görüşəcək. Görüşlərin gedişatında Peterburq və Azərbaycan arasında münasibətlərin perspektivləri və yekunları müzakirə ediləcək.
G.Poltavçenko və Peterburq heyətinin üzvləri Azərbaycanın iri aqrar sənaye müəssisələrində olacaqlar. Qubernator həmçinin respublikada yaşayan Leninqrad blokadasının iştirakçıları ilə görüşəcək.