Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, rayonun Göytəpə şəhər sakini Ramal Bağırov aralarında yaranan şəxsi münaqişə zəminində həmyerlisi Mirqoşqar Mürsəlovun qarın və baş nahiyəsinə bıçaqla çoxsaylı bədən xəsarətləri yetirib.
Yaralı yaxınları tərəfindən dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub və hazırda onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Zərərçəkən Mirqoşqar Mürsəlov baş vermiş hadisəni belə xatırlayır:
“Ramal adlı oğlan su suvarırdı. Suladı, su maşının içərisinə töküldü. Düşdüm, dedim ki, gecə vaxtı belə eləmə, ayıbdır. İki qardaş cumdular üstümə. Ramal məni bıçaqla vurdu. Başımdan nə ilə vurdular, bilmirəm”.
Faktla bağlı hələlik saxlanılan olmasa da, Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.