Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Təcili Tibbi Yardım Stansiyasının sürücüsü arvadını döydü - HÖKM
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Fərəc Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az xəbər verir ki, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 20 iyun 2024-cü il saat 22 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1968-ci i təvəllüdlü Fərəc Məmmədov evə sərxoş vəziyyətdə gəlib və sonra arvadı, zərərçəkmiş Lalə Məmmədova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə evdə ayaqqabıların yerinin dağınıq vəziyyətdə olması olub. O, bu barədə arvadına irad bildirib. Daha sonra Fərəc zərərçəkmiş şəxsin üzərinə hücum edib, əvvəlcə onun sifət, baş və bədəninin müxtəlif nahiyələrinə əli ilə qəsdən ardıcıl zərbələr vurub, ardınca isə stulu götürüb qadının qollarından və bədəninin müxtəlif nahiyələrindən vuraraq ona xəsarət yetirib.
Hadisədən sonra Lalə Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib və Fərəc Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd: Fərəc Məmmədov Bakıda Təcili Tibbi Yardım Stansiyalarının birində sürücü vəzifəsində çalışır.
"Təcili Tibbi Yardım" teqi üzrə xəbərlər
- Təcili yardım çağırışına gedən həkim özü xəstəxanalıq olub: Qarşı tərəfi hansı cəza gözləyir?
- Təcili yardım avtomobilinin qəzaya uğraması zamanı xəsarət alanların SON VƏZİYYƏTİ
- Təcili tibbi yardım maşınları COP29 zolaqlarından istifadə edə biləcək
- Ağır xəstə körpüdə tıxacda QALDI
- Çağırışa gələn təcili yardımın həkimini təhqir etdi, cəzalandırıldı
Rəylər