Qusar rayonunda təcili tibbi yardım maşını qəzaya uğrayıb.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün şəhərin mərkəzi hissəsində baş verib. Şabran rayonundan Qusar rayonundakı özəl xəstəxanalardan birinə xəstə gətirən təcili tibbi yardım avtomobili yük maşını ilə toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12