Bakının Xətai rayonunda yerləşən xəngəl sevərlərin arasında populyar olan “Fəxrəli” kafesində ağır cinayət hadisəsi baş verib. Müştərilərdən birini qarın nahiyəsindən dörd bıçaq yarası ilə “Azərsutikinti” xəstəxanasına yatırıblar.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, bu haqda Xətai rayon 36-cı Polis Bölməsindən bildiriblər.
Xəbər verildiyi kimi, zərərçəkən 1962-ci il təvəllüdlü İmamverdi Kərimovdur. Kərimov çoxlu qan itirib. Cinayət 17.50-də baş verib.
Baş verən cinayət hadisəsindən sonra polisdən gizlənməyə çalışan şübhəli bilinən şəxsi saxlayıblar. Bu, Kərimovun tanışı Şamil Gülmətov olub.
“Kərimov və Gülmətov təmir üzrə ixtisaslaşan briqadada bir yerdə işləyiblər. İstintaq zamanı saxlanılan şəxs bildirib ki, insidentə qədər Kərimov onunla telefonla danışarkən, onu təhqir edib. Təhqirlərə dözməyən Gülmətov Kərimova gəlib onun cavabını verəcəyini deyib. 21 sm uzunluqda ülgücü olan bıçaqla silahlanan Gülmətov kafeyə gəlib və orda olan müştərilərin qarşısında ona 4 zərbə vurub”, - polis bölməsindən bildiriblər.
Polis bölməsindən bildiriblər ki, prokurorluq AR CM-in 126-cı (ağır bədən xəsarəti yetirmə) maddəsini 29.120-ci (qətlə cəhd) maddəsinə dəyişdirə bilər. Çünki Gülmətov cinayətə hazırlaşıb.