Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Telegram"da investisiya və yatırım adı ilə dələduzluq edən şəxs saxlanılıb
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşı aldadaraq onun maddi vəsaitini ələ keçirən paytaxt sakini 33 yaşlı Məhərrəm Ağarzayev saxlanılıb .
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, o, "Telegram" sosial şəbəkə seqmentində "Remax" adlı kanal yaradaraq investisiya, yatırım kimi şirnikləndirici, heç bir iqtisadi əsası olmayan vədlər verib və rayon sakininin 2 min manatını dələduzluqla ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, vətəndaşa dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi təmin olunub. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.
"Kiberdələduzluq (Kibercinayətkarlıq)" teqi üzrə xəbərlər
- Dələduzlara aldanmayın: Vətəndaşlara saxta mesajlar göndərilir
- Psixoloq uşaqları dələduzlardan qorumağın yollarını açıqladı
- Casus proqramlarına görə həbs olunmuş azərbaycanlı: "İstənilən şəxsin telefonuna daxil ola bilirdim"
- Girov götürüldü, kibercinayətkarlığa məcbur edildi - İrandan Azərbaycana ilginc qaçış
- Sosial şəbəkədə dələduzluq yolu ilə "pul qazanan" şəxslər SAXLANILDILAR