Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"TikTok"da dələduzluğa görə saxlanılan şəxsin digər əməlləri də ortaya çıxıb
"TikTok" sosial şəbəkəsində dələduzluq etdiyi üçün saxlanılan şəxsin digər əməlləri də ortaya çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, müxtəlif vaxtlarda bank kartlarından 300, 900, 50, 320, 125, 338 və 100 manat olmaqla ümumilikdə 2 133 manat pul vəsaitini taladığı üçün polis əməkdaşları tərəfindən saxlanılan 21 yaşlı Raqif Məmmədovun digər qanunsuz əməlləri də müəyyən olunub. Onun daha iki nəfərin kartında olan 6 000 və 310 manatı ələ keçirdiyi üzə çıxıb.
Qeyd edilib ki, R.Məmmədov "TikTok" sosial şəbəkəsində həmin şəxslərin kart məlumatlarını dələduzluq yolu ilə ələ keçirərək pul vəsaitlərini talayıb. Saxlanılan şəxs eyni üsulla daha 25 nəfərin pul vəsaitlərini talayıb.
Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. Onun əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.
"Kiberdələduzluq" teqi üzrə xəbərlər
- Mahir Emreli və Renkadan sonra növbə İlkin Həsəniyə çatdı - Yeni dələduzluq üsulu
- "Azercell" abunəçilərinin nəzərinə!
- "Azercell" ahıllar üçün kibertəhlükəsizlik mövzusunda təlim keçdi
- DİQQƏT: "WhatsApp"da yaxınlarınızın adından sizdən borc pul istəyə bilərlər
- "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT