Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"TikTok"da evlənəcəyinə söz verdiyi qızın evindən qızılları oğurlayıb, qumara qoydu
Abşeronda evlənəcəyi qadının evindən oğurluq edən şəxsə hökm oxunub.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü R.T. Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilib və cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, R.T. "TikTok" sosial şəbəkəsi vasitəsilə A.S. adlı qadınla tanış olub. Onların tanışlığı sevgi münasibətinə çevrilib. A.S. təqsirləndirilən şəxsin onunla evlənəcəyinə inanıb, Xırdalan şəhərində yerləşən evinə dəvət edib.
R.T. həmin mənzildəki masanın üzərinə qoyulmuş əl çantasının içərisində olan pul kisəsindən 200 manat pulu, 510 manat dəyərində 300 ABŞ dollarını, yataq otağındakı paltar dolabında olan karton qabın içərisindən bir cüt çəkisi 8,2 qram olan 750 əyarlı, 820 manat dəyərində qızıl sırğanı, bir cüt çəkisi 4,8 qram olan 585 əyarlı, 336 manat dəyərində qızıl sırğanı, bir ədəd çəkisi 1,4 qram olan 585 əyarlı, 168 manat dəyərində qızıl üzüyü, bir ədəd çəkisi 1,3 qram və üzərində 1,2 qram çəkisi olan qızıl kulonla birlikdə 585 əyarlı, 211 manat dəyərində qızıl boyunbağını, bir ədəd çəkisi 1,47 qram olan 585 əyarlı, 102,9 manat və bir ədəd çəkisi 0,7 qram olan 585 əyarlı, 49 manat dəyərində iki ədəd qızıl qolbağı oğurlayıb.
Təqsirləndirilən şəxs qadının evindən oğurladığı pulları və qızıl əşyalarını girov qoyub götürdüyü pulların bir hissəsini öz ehtiyaclarına, digərini isə internet vasitəsilə oynadığı mərc oyunlarına xərcləyib.
Məhkəmənin qərarı ilə R.T.-ya 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda 28 avtobusdan oğurluq edilib - Şübhəli şəxslər saxlanıldılar
- Şəmkirdə qohumundan oğurluq edən şəxs evi yandırdı
- Olivye Jirunun evindən 500 min dollar dəyərində əşya oğurlanıb
- Polis Ağcabədidə mağazalardan silsilə oğurluq edən şəxsi saxladı
- Balakəndə rabitə kabelini oğurlayan şəxslər saxlanılıblar