Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Tovuzda narkokuryer saxlanılıb](https://images.oxu.az/2024/07/01/pKmFs9Rrj4o77PVPagsTNIzUBUAp53o67bQU77GX:1200.webp)
Tovuzda narkokuryer saxlanılıb
Tovuzda narkokuryer saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Rəşad Babakişiyev saxlanılıb. Həmin şəxsdən 1 kiloqram 810 qram heroin və 1 kq 690 qram marixuana aşkarlanıb.
Araşdırmalar zamanı R. Babakişiyevin maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan başqa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon sakini Asif Abdullayev saxlanılıb. Onun evinə baxış zamanı "TT" və "PSM" markalı tapançalar, sandıqca, eləcə də 3 ədəd patron aşkarlanıb. O, silahları bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Beyləqan polisindən ƏMƏLİYYAT - Saxlanılanlar var
- Ağdaşda oğurluq və narkotik cinayətlərinə görə yeddi nəfər saxlanılıb
- Paşinyanla Makron nələri müzakirə ediblər? - SALAM BAKU
- Ermənilərin təxribat törətməkdə əsas məqsədi nədir? - Xəbərlərin 20:00 buraxılışı
- Bərdə polisi əməliyyat keçirdi: Üç kiloqram tiryək aşkarlandı
Rəylər