Bu gün axşam saatlarında Tovuzun Aşağı Quşçu kəndi yaxınlığında üzərində zorakılıq əlamətləri olan qadın meyiti tapılıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Tovuz rayon Prokurorluğunun apardığı araşdırmalar nəticəsində meyiti tapılan qadının Aşağı Quşçu kənd sakini, 1999-cu il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədova olduğu məlum olub
Onun bıçaqlanaraq qətlə yetirildiyi bildirilir.
Faktla bağlı Tovuz rayon Prokuroluğöunda cinayət işi açılıb, araşdırma gedir.