Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Vəkillikdən uzaqlaşdırılan Aşurovaya elektron qolbaq taxıldı
Bir müddət əvvəl vəkillik fəaliyyəti dayandırılan Tükəzban Aşurovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə açılmış işə Ağcabədi Rayon Məhkəməsində baxılıb.
Bildirilib ki, T.Aşurova vətəndaşdan onun həbsdə olan yaxınını azadlığa buraxdıracağı adı ilə on min manat pul alıb.
Məhkəmə fəaliyyəti dayandırılan vəkilin bu maddə üzrə deyil, dələduzluq əməli cinayəti üzrə (178.2.4-cü maddə) cəzalandırılmasına qərar verib. Onun barəsindəki iş 178.2.4-cü maddəyə tövsif edilib və məhkəmənin hökmü ilə 43 yaşlı hüquqşünasa üç il azadlığın məhdudlaşdırılması cəzası verilib.
T.Aşurovaya elektron qolbaq tətbiq edilib. Onun üzərinə yaşayış yerindən hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri üzrə inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək öhdəlikləri qoyulub.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- 238 minə aldığı gözəllik cihazları başına bəla oldu
- Bakıda bir milyon manatlıq dələduzluq edən şəxsə HÖKM OXUNDU
- Zərərçəkən təqsirləndirilən şəxsi ağır formada təhqir etdi - 186 minlik cinayət işi
- Talassemiyalı uşaqlarla bağlı məhkəmə prosesinə həkimlərin çağırılması ilə bağlı vəsatət verilib
- Sözünü demək cəsarət, susmaq tərbiyədirsə, tərbiyəsiz kimdir?