Xırdalan şəhərində mühafizəçilər qoruduqları obyekti qarət ediblər.
DİN-dən Oxu.Az-a verilən məlumata görə, yanvarın 18-dən 28-dək olan müddətdə Xırdalan şəhərində “Xırdalan Süd” ASC-yə məxsus anbardan 55000 manat dəyərində inşaat materialları oğurlanıb.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxslər müəyyənləşdiriliblər.
Cinayəti həmin anbarın mühafizəçiləri - Lerik rayon sakini Röyal Ağayevin və daha 1 nəfərin törətdiyi məlum olub.
Ağayev saxlanılıb, digər mühafizəçi axtarışdadır .