Azərbaycanda qaz ehtiyatları perspektivdə indiki 2,6 trln. kubmetrdən 6 trln. kubmetrədək artırıla bilər.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Neftçilər Günü münasibəti ilə təşkil olunan ziyafətdə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
Onun sözlərinə görə, bu il ölkədə 43 milyon ton neft hasil etmək planlaşdırılır:
“Azərbaycanın böyük qaz potensialının və yeni yataqları açmaq perspektivləri var. Mütəxəssislər “Şahdəniz” qaz-kondensat yatağının qaz ehtiyatlarının 1,5 trln.kubmetr olacağını proqnozlaşdırırlar.”