Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yeniyetməyə qarşı əxlaqsızlıq edən molla həbs edildi
Naxçıvan Muxtar Respublikasının kəndlərindən birində yeniyetmə qıza qarşı əxlaqsız hərəkətlər etmiş molla cinayət məsuliyyətinə cəlb edilib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Naxçıvan MR Dini Qurumlarla İş üzrə İdarəsinin kənd üzrə molla-mükəbbiri 1984-cü il təvəllüdlü Hətəm Zeynalova (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 153.1-ci maddəsi (16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə iş açılıb.
Araşdırmalarla müəyyən edilib ki, evli olan din xadimi işlədiyi kəndin məscidində təmizlik işlərinə kömək edən 14 yaşlı qıza qarşı bir neçə dəfə əxlaqsız hərəkətlər edib, ona telefon və mobil nömrə hədiyyə edib, həmçinin Naxçıvan şəhərində onunla görüşərək vaxt keçirib.
Məhkəmənin 21 yanvar tarixli hökmü ilə Hətəm Zeynalova 1 il 6 ay həbs cəzası verilib. Onun vəzifə tutmaq hüququ da 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.
"Əxlaqsız hərəkətlər" teqi üzrə xəbərlər
- Türkiyədə qadın sosial şəbəkədə kişilərlə bağlı ədəbsiz paylaşım etdi: Həbs edildi
- Azərbaycanda fahişəliklə məşğul olan iranlı tələbələr ölkədən qovuldular
- 15 yaşlı övladını əxlaqsızlığa cəlb edən şəxsi döyən ana və qızı HƏBS OLUNDULAR
- Baldızının 13 yaşlı qızına əxlaqsız hərəkətlər edən şəxsə cəza verildi
- Tələbə qıza əxlaqsız təkliflər edən kişi həbs edildi