Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Zərdabda qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar
Zərdabda qanunsuz ov etmək istəyən üç nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a verilən verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı rayonun Otmanoba kəndi ərazisində çöl quşları ovlamaq istəyən rayon sakinləri A.Gülməmmədov, Ü.Rüstəmov və V.Sarıyev saxlanılıblar.
Həmin şəxslərdən müvafiq sənədləri olmayan ov tüfəngləri və patronlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
"Zərdab" teqi üzrə xəbərlər
- Zərdabda Birinci Qarabağ müharibəsinin şəhidi Abuzər Abbasov dəfn edilib
- Zərdabda oğlunun ölümünə dözməyən ata intihar etdi
- Azərbaycanda kəndin əkin sahələrinin su təminatına 10.5 milyon manat sərf olunacaq
- Zərdabda "Mercedes" aşdı, sürücü öldü
- Kredit borcları üzrə ödənişdə gecikmələr nə ilə əlaqədardır?
Ən çox oxunanlar