Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
50 milyon il yaşı olan unikal xüsusiyyətli kəhrəba aşkarlandı
Rusiyadakı Kalininqrad kəhrəba kombinatı maraqlı tapıntı əldə edib. Çıxarılan qiymətli daşlardan birinin içindən təxminən 50 milyon il yaşı olan iynəyarpaqlı budaq tapılıb. Belə bir tapıntı çox nadirdir, çünki adətən kəhrəbada həşəratlar və hörümçəklər tapılır, bitki qalıqlarına isə çox nadir hallarda rast gəlinir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "RİA Novosti" xəbər yayıb.
Bildirilir ki, 29 qram çəkisi və 57x45 mm ölçüsü olan unikal kəhrəba, müasir Kalininqrad vilayətinin ərazisində Eosen dövründə bitən qədim şamın iynələrini ehtiva edir.
Hazırda unikal kəhrəba cilalanma və pardaqlanma mərhələsindən keçir. Bundan sonra 50 milyon illik tarixə malik olan daş, kombinat tərəfindən müntəzəm olaraq keçirilən unikal kəhrəba hərracının əsas məhsulu olacaq.