Namibiyanın şimal-qərbində səhralar və çöllər arasında bir müddət əvvəl ağ insanlarla əlaqə qurmağa başlamış yarımköçəri Ximba tayfası yaşayır.
Oxu.Az xəbər verir ki, mətbuatın sayəsində çoxlu sayda insan babalarının adətləri ilə yaşayan bu tayfa haqqında məlumat alıb və Ximbaya qarşı maraq xeyli çoxalıb.
Minlərlə insan xarici görünüşləri ilə hər kəsi təəccübləndirən tayfa üzvlərinin qonağı olmaq istəyirlər.
Ximbanın kişi və qadınları öz əlləri ilə hazırladıqları geyim və bəzək əşyalarından istifadə edirlər. Bu əşyalar onlar üçün mühüm rol oynayır. Dərilərini və saçlarını gün şüalarından qorumaq, həmçinin həşəratların dişləməsinin qarşısını almaq üçün bitkilər, yağ, kül və digər maddələrdən hazırlanmış xüsusi tərkiblərdən istifadə olunur.
Çoxları tayfa qadınlarının dərisinin ideal olduğunu və xoş ətir buraxdığını deyirlər. Ximba saçlarına çox diqqət yetirirlər və onların forması yaşa dolduqca dəyişir – saç düzümünə görə tayfa sakininin yaşını müəyyənləşdirmək olar.
Ximbalılar icma şəklində yaşayır və klanlara bölünürlər. Klana nəslin ən yaşlı kişisi başçılıq edir. Kənd başçısı və şamanların xüsusi üstünlükləri olur – onların bir neçə arvadı ola bilər. Tayfa əsasən keçi, qoyun və inək saxlamaqla dolanır.