Qahirə məhkəməsi Misirin keçmiş prezidenti Məhəmməd Mursiyə 20 il həbs cəzası verib.
Oxu.Az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Öncə Misir hakimiyyəti hakimiyyətdən uzaqlaşdırılmış Mursinin tərəfdarlarına qarşı ölüm hökümlərini yerinə yetirməyə başlayıb.
Qeyd edək ki, 2013-cü ildə Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında baş vermiş qarşıdurmalarda 500-dən çox insan xəsarət almış, 38 nəfər həlak olmuşdu.
www.oxu.az