Azərbaycanlı rəssamın çəkdiyi Türkiyə prezidentinin portreti Çankaya köşkündə nümayiş olunub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Cevat Süleymanpur tərəfindən hazırlanan Abdullah Gülün portreti digər Türkiyə prezidentlərinin yağlı boya tabloları arasında öz yerini tutub.
Prezident Gülün həyat yoldaşı Hayrünnisa Gülün yaxından maraqlandığı tablo təbii görünüşü ilə göz oxşayır. 2011-ci ildən bəri başlayan layihə çərçivəsində artıq 10 prezidentin portreti köşkdə sərgilənməyə başlayıb.
Mustafa Kamal Atatürkün də aralarında olduğu prezidentlərin portretləri tarixi ardıcıllıqla düzülüb.
