Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışla əlaqədar bağlanan Bakı-Quba yolu açılıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, yolda yaranan avtomobil sıxlığı tədricən aradan qalxıb.
Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətində 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılmışdı.
DİN BDYPİ qeyd olunanları nəzərə alaraq, sürücülərdən həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salmalarını xahiş etmişdi.



12:25
Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətinə 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.
Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sürücülərdən xahiş olunur ki, həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salsınlar.
11:45
Azərbaycanın strateji yollarından sayılan Bakı-Quba-Rusiya avtomagistralının Xızı rayonu ərazisindən keçən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Oxu.Az in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, buna Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində olan hərbi hissənin silah anbarında baş verən partlayiş səbəb olub.
Avtomagistral yalnız yanğınsöndürən və təcili tibbi yardım briqadaları üçün açıqdır.

:640.jpg)


A.M.
www.oxu.az