Ötən gün Bakı-Sumqayıt magistral avtomobil yolunun 9-cu kilometrliyində baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.
Oxu.Az həmin görüntüləri təqdim edir.
03.07.2017 (17:22)
Bakı-Sumqayıt magistral avtomobil yolunda ağır yol qəzası olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Bakı-Sumqayıt magistral avtomobil yolunun 9-cu kilometrliyində vətəndaşa məxsus “Toyota” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarında dayanmış “KaMAZ” markalı yük avtomobilinə çırpılması ilə bağlı məlumat daxil olub.
Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xİdmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılmış vəziyyətdə qalmış sürücünü minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
A.M.