“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yol-cizgi və yol-göstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidməti məlumat yayıb.
Anoloji işlər bu gün səhər saatlarından başlayaraq Binəqədi rayonu Xocahəsən qəsəbəsi və Səbail rayonu Bibiheybət yolu - Lökbatan dairəsi istiqamətində aparılır.
Qeyd edək ki, rənglənmə işləri axşam saatlarında başa çatdırılacaq.
“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə olunur.
A.M.