Bu gün Azərbaycanın ali məktəblərində təhsil alan bir qrup əcnəbi tələbə və media nümayəndələri Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinə səfərə gedib.
Oxu.Az Tənsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfərin məqsədi Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən törədilən vəhşilikləri göstərmək, torpaqlarımızın geriyə qaytarılması əzmini nümayiş etdirmək, eləcə də iştirakçıları ölkə Prezidentinin sərəncamı ilə kəndin bərpası istiqamətində görülən işlər barədə məlumatlandırmaqdır.
Səfər iştirakçıları Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni bünövrəsi qoyulan məktəbin tikinti işləri ilə tanış olacaq və burada ağac əkəcəklər.
Səfər çərçivəsində ərazidə yerləşən hərbi komandanlığın rəhbər heyəti və ANAMA-nın nümayəndələri ilə görüş nəzərdə tutulub.
A.M.