"Azəravtoyol” ASC Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işlərini davam etdirir.
Qurumdan Oxu.Az-a verilən məlumata görə, anoloji işlər bu gün saat 22:00-dan başlayaraq səhər saatlarına qədər paytaxtın Ziya Bünyadov prospektinin “Böyük Şor” yol qovşağından - “20 Yanvar” dairəsinədək olan hissəsində də aparılacaq.
“Azəravtoyol” sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir.
10:19
Bu gün “Bakı Dairəvi-1” avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yol-cizgi və yol-göstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.
Bu barədə Oxu.Az-a “Azəravtoyol” ASC-dən məlumat verilib.
Məlumata görə, rənglənmə işləri axşam saatlarınadək başa çatdırılacaq.
“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə olunur.
A.M.