IV İslam Oyunlarında Bakıda hərəkət zolaqları tətbiq ediləcək küçə və prospektlərin siyahısı açıqlanıb.
Oxu.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, Ziya Bünyadov prospekti, Bakı dairəvi yolu, Salyan şosesi, Bibiheybət yolu 1, Bibiheybət yolu 2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Abdulvahab Salamzadə küçəsi və Böyükşor şosesində ayrılacaq hərəkət zolaqlarında nəqliyyatla İslam Oyunlarında iştirak edəcək idmançılar və qonaqlar daşınacaq.
Kamran Əliyevin sözlərinə görə, bu zolaqlara yalnız oyunlar üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq: “24 saat ərzində zolaqlara nəzarət ediləcək. Mayın 1-dən 25-nə qədər zolaqlara digər avtomobillərin girməsinə icazə verilməyəcək. Aidiyyəti olmayan maşınlar zolağa girsə, 40 manat cərimə olunacaqlar”.
Qeyd edək ki, mayın 12-dən 22-nə kimi Bakıda İslam Həmrəyliyi Oyunları keçiriləcək.
A.M.