Paytaxtın Nəsimi rayonu, 28 May küçəsi 39 ünvanında iki səfirlik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, Rumıniyanın Bakıdakı səfirliyinə məxsus “Audi” markalı nəqliyyat vasitəsi Çexiya səfirliyinə məxsus “Volkswagen” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
S.B.
www.oxu.az