Xəbər verdiyimiz kimi, Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ” “Çelsi” ilə ev oyununa xüsusi olaraq hazırlaşır.
Oxu.Az-ın məlumatına görə, Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Yenicag.az-a bildirib ki, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmada nəhəng xoreoqrafiyanın açılması planlaşdırılır.
Xoreoqrafiyada 20 min azarkeşinin iştirak edəcəyi gözlənilir.
Klub rəsmisi xoreoqrafiyanın nədən ibarət olduğunu sirr olaraq saxlayıb. O qeyd edib ki, şou E tribunasında nümayiş etdiriləcək.
Qeyd edək ki, matç noyabrın 22-də, saat 21:00-da start götürəcək.
S.B.
www.oxu.az