“Mercedes-Benz” markasının Azərbaycanda rəsmi tərəfdaşı “AutoStar Kaukasus” 6 fevral 2017-ci il tarixində Kazım Kazımzadə küç. 30 ünvanında yeni aksessuar və ehtiyat hissələri sərgi və satış mərkəzinin açılışını həyata keçirdi.
“AutoStar Kaukasus” şirkətinin direktoru Kamil Məmmədov giriş nitqi ilə qonaqları salamladı, mərkəz haqqında ətraflı məlumat verdi və mərkəzi müştərilərin istifadəsinə açıq elan etdi.
Mərkəzdə ehtiyat hissələrindən əlavə, “Mercedes-Benz” markasının füsunkar zövqlə dizayn edilmiş hər yaş qrupu üçün geyimlər, eynəklər, saatlar, açarlıqlar, velosipedlər, o cümlədən müxtəlif oyuncaqlar və digər növ aksessuarlar təqdim olunur.
Mərkəzin açılmasında məqsəd “Mercedes-Benz” sevərlərin və “Mercedes-Benz” sahiblərinin orijinal və zəmanətli ehtiyat hissələrinin və aksessuarlarının rahat əldə edilməsini təmin etməkdir.
Tədbirdə “Mercedes-Benz” sevərləri və media nümayəndələri iştrak etmişlər.
“AutoStar Kaukasus GmbH Azerbaijan” şirkəti 2001-ci ildən “Daimler AG”-nin Azərbaycanda rəsmi tərəfdaşıdır.
Bu günədək öz peşəkar komandası ilə müştərilərinə dünya brendi olan “Mercedes-Benz”in avtomobillərinin satışı və servisi xidmətlərini yüksək səviyyədə həyata keçirir.
Ünvan: AZ1108, Bakı, Xətai r-nu, Babək pr-ti 1145
E.Ə.
www.oxu.az