Yanvarın 24-də səhər saatlarından etibarən Bakının Nəsimi rayonunda yerləşən dəmir yolu vağzalının qarşısındakı meydanın yanında hərəkət məhdudlaşdırılıb (“28 May” metro stansiyası yaxınlığında).
Oxu.Az xəbər verir ki, bu barədə 1news.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib ki, meydan Cəfər Cabbarlı heykəli ilə Dilarə Əliyeva küçələrinin kəsişməsində yeni asfalt örtüyünün çəkilməsilə əlaqədar bağlıdır:
“Asfalt örtüyünün çəkilməsi bir neçə gün davam edəcək. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur”.

A.M.