Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıdakı nümayəndəliyinə məxsus avtomobil yol-nəqliyyat hadisəsi törədib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Zığ şössesində qeydə alınıb.
Diplomatik nümayəndəliyə məxsus, Zahir Mikayılovun idarə etdiyi “Mitsubishi” markalı, 013 D 006 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçən piyada, 1994-cü il təvəllüdlü Aida Rzayevanı vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
N.O.