Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bricit Makronu kişi adlandıran jurnalist Fransanın birinci xanımını məhkəməyə verəcək
Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin əslində, kişi olduğunu iddia etdiyinə görə məhkum olunmuş fransalı jurnalist Nataşa Rey yaxın vaxtlarda Paris məhkəməsində ölkənin birinci xanımına qarşı iddia qaldıracaq.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə onun vəkili Fransua Danqlean "RİA Novosti"yə müsahibəsində bildirib.
"Biz Reyin məhkum edilməsinə nail olan şəxslərə - Paris istintaq hakiminə, həmçinin Kann Apellyasiya Məhkəməsinin və Kassasiya Məhkəməsinin hakimlərinə qarşı bu saxta hökm çərçivəsində şikayət edəcəyik", - deyə müdafiəçi bildirib.
Onun sözlərinə görə, şikayət Bricit Makron-Tronye və onun qardaşı Jan-Mişel Tronyeyə, həmçinin onların vəkilinə və "prosesi saxtalaşdıran" üç hakimə qarşı yönələcək.
Qeyd edək ki, Danqlean fevralın 3-də bildirmişdi ki, Rey Rusiya Dövlət Dumasının deputatı Pyotr Tolstoydan bu ölkədə siyasi sığınacaq istəyib, çünki Fransada Bricit Makron haqqında araşdırmasına görə hüquqi təqiblə üzləşib.
Xatırladaq ki, 2024-cü ilin sentyabrında Paris məhkəməsi Rey və "medium" Amandin Ruanı 14 min avro cərimələyib. Həmçinin məhkəmə Bricitə səkkiz min avro və onun qardaşına beş min avro mənəvi zərərin ödənilməsinə qərar verib.
Makron həyat yoldaşının transgender olması barədə şayiələri təkzib edir.
"Bricit Makron" teqi üzrə xəbərlər
- Afrikalı siyasi fəal: "Makronun arvadı imkan vermədi ki, biz öz valyutamızdan istifadə edək"
- Fransız qadınlar Makronun həyat yoldaşını kişi adlandırdıqları üçün cərimələniblər
- Makronun həyat yoldaşı seçkidə səs verərkən çətin vəziyyətə düşdü
- Makronun arvadı holokost qurbanlarının xatirəsinə hörmətsizlik edib