Bu gecə ilin ikinci Ay tutulması (qismən) baş verib.
Oxu.Az xəbər verir ki, bu cazibəli təbiət hadisəsi Azərbaycanın bir çox bölgəsində müşahidə olunub.
Ay tutulması Bakı vaxtı ilə təqribən 00:00-da başlayıb 1:45-də tam başa çatıb.
Cənub bölgəsindən aldığımız kadrları sizə təqdim edirik.
Qeyd edək ki, daha əvvəl AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər ki, Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq.