Efiopiyadakı Omo vadisində yaşayan 50 min nəfərdən ibarət Daasanach qəbiləsi hələ müasir dünyaya adaptasiya olmayıb, ənənəvi həyat tərzlərini qorumağa davam edirlər. Ancaq bu, onların çağdaş dünyadan tamamilə təcrid olduqları mənasını vermir, istər-istəməz ətrafdakılarla, vadiyə gəlib-gedənlərlə ünsiyyətdə olurlar.
Oxu.Az xəbər verir ki, fransız fotoqraf Eric Lafforge bu qəbiləyə dair müşahidələr aparıb.
Fotoşəkillərdə görəcəyiniz kimi, istehlak edilərək zibilliyə atılan əşyalar belə bu insanlar üçün böyük əhəmiyyət daşıya bilir. Zibilliklərdən yığdıqları xarab saatları, şüşə qapaqlarını, saç üçün plastik sancaqları və s. şlyapa, boyunbağı və digər aksessuarların hazırlanmasında istifadə edirlər.
Aytən Sadıqzadə
www.oxu.az