İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Devid Bekhem psixi pozğunluğunun həyatında yaratdığı çətinliklərdən danışıb.
Bu barədə o, bioqrafik sənədli filmində söhbət edib.
48 yaşlı Bekhem obsesif-kompulsiv pozğunluğa görə onda vasvasılıq yarandığını deyib və yaş keçdikcə bunun daha da gücləndiyini vurğulayıb.
O, hətta geyinəcəyi bütün paltarları bir həftə əvvəldən düşündüyünü və hazırladığını qeyd edib.
“Məndə obsesif-kompulsiv pozğunluq var, yəni hər şeyin düz bir xətdə və ya cüt-cüt olmasına ehtiyacım var”, - deyə İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi deyib.
Mənbə: Lenta.ru