Həmyerlimiz Elnur Hüseynovun “O səs Türkiyə”dəki qələbəsi azərbaycanlılara sevinc hissləri yaşadıb.
Oxu.Az xəbər verir ki, gecədən etibarən azərbaycanlılar bir-birinin ardınca sosial şəbəkələrdə Elnurun uğuruna dair yazı paylaşırlar.
Vəziyyət o həttə çatıb ki, bəzi istifadəçilər İosif Stalin, Arnold Şvartsenegger, Mahatma Qandi, Ramzan Kadırov, Mark Zukerberq və digər dünya liderlərinin, eləcə də tanınmış şəxslərin adından istifadə edib Elnur Hüseynovu “O səs Türkiyə”də qələbəsi münasibətilə təbrik ediblər.
Oxu.Az həmyerlilərimizin maraqlı yazılarını təqdim edir.
Elvin Əhmədov
www.oxu.az