Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin görüntüləri yayımlanıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, 2 sentyabr tarixində, axşam saatlarında Azərbaycana gələn Türkiyə prezidentini Heydər Əliyev adına Hava Limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Ankara səfiri Faiq Bağırov və Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun və səfirlik rəsmiləri qarşılayıb.
Daha sonra qalacağı otelə gedən Ərdoğan burada da xüsusi olaraq qarşılanıb.
3 avqust tarixində isə R.T.Ərdoğanın şərəfinə rəsmi qarşılanma mərasimi keçirilib. Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidentinə azərbaycanlı nazirləri təqdim edib. Ərdoğanın nazirlərlə səmimi salamlaşması diqqətdən qaçmayıb.
Daha sonra isə Türkiyə prezidenti İlham Əliyevə türkiyəli nazirləri təqdim edib. Ölkə başçısı qonaqlarla salamlaşdıqdan sonra tanışlıq mərasimi yekunlaşıb. Sonra prezidentlərin təkbətək görüşü və geniştərkibli görüşlər baş tutub.
Ərdoğanın Azərbaycan səfərindən videoları sizə təqdim edirik: