Gəncə şəhərində özünü yük qatarının altına ataraq intihar edən qadının şəxsiyyəti məlum olub.
Oxu.Az xəbər verir ki, Dəmir Yolu Nəqliyyatında Gəncə Stansiyası Xətt Polis Şöbəsindən Report-a verilən məlumata görə, mayın 13-də axşam saatlarında Gəncə şəhər Poçt qəsəbəsi ərazisində özünü dəmiryolu xəttindən keçən yük qatarının altına ataraq intihar edən qadının Şəmkir rayon Seyfəli kənd sakini, 1948-ci il təvəllüdlü, Fərzəliyeva Elmira Çıraqəli qızı olduğu müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.
12:44
Gəncədə qatar qadını vurub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncənin Poçt qəsəbəsi adlanan ərazisində nizamlanan dəmir yolu keçidindən bir neçə metr aralıda qeydə alınıb.
Yaşı təxminən 65-70 arası olan qadını hərəkətdə olan elektrovoz vurub. Hələ ki, şəxsiyyəti məlum olmayan qadın hadisə yerində ölüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.
A.M.