Hindistanın Qvalior şəhərinin həkimləri yeddi yaşlı oğlanın 80 dişini çəkiblər. Bu barədə The Times of İndia bildirib. Bir neçə cərrahın iştirak etdiyi əməliyyat dörd saat çəkib.
Adı çəkilməyən uşağın üst çənəsinin irinlənməsi başlayıb. Bu, onun yaşında çox nadir hallarda baş verir. Əməliyyatda iştirak edən həkim Ankit Xasgivala dişlərin məhz iltihabın inkişafına görə əmələ gəldiyini bildirib.
Oxu.Az bu barədə Lenta-ya istinadən xəbər verir.
Həkim ehtimal edib ki, əgər uşağın valideynləri həkimə müraciət etməsəydilər, uşağın ağzında 200-ə yaxın diş əmələ gələ bilərdi.
“Bu halda cərrahiyyə çətinliklərlə üzləşir, çünki belə olan halda çənə zəifləyir və sınıqların əmələ gəlmə riski artır”, - həkim bildirib.
İyul ayının ortalarında Mumbay cərrahları 17 yaşlı Aşiq Havainin 232 dişini çəkiblər. Həkimlər müəyyən ediblər ki, oğlanda ağızda əlavə bərk toxumaların əmələ gəlməsi anadangəlmə çatışmazlıqdır.